12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Türkiyədə turistlərin otelləri tükənə bilər
Tarix: 18-03-2024 20:06 | Bölmə: Sosial

“Cumhuriyet” yazır ki, Türkiyənin turistləri yerləşdirmək üçün kifayət qədər yerləri olmaya bilər, çünki ölkədəki otellərin 70-75%-i banklara girov qoyulub və satıla bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzetin yazdığına görə, pandemiya dövründən sonra otellərin banklara borcu 8,5 milyard dollar idisə, hazırda 10 milyard dollara çatıb. Əvvəllər mehmanxana sahiblərinə banklarla loyallıq müqavilələri yardım edilirdisə, indi onların müddəti başa çatıb.
Jurnalistlər- “Banklar otel sahiblərinə deyirlər ki, otellərini satsınlar və borclarını ödəsinlər”.
Nəticə etibarı ilə ölkə hakimiyyətinin turist axınını 60 milyon nəfərə çatdırmaq məqsədi xəyal olaraq qala bilər, çünki onları yerləşdirmək üçün heç bir yer olmayacaq, turizm sektorunun nümayəndələri qorxurlar.
Əvvəllər bildirilirdi ki, 2024-cü ildə Türkiyədə hər şey daxil mehmanxanada yerləşdirmə formatı saxlanılacaq.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər