12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Moskva vilayətinin Arbitraj Məhkəməsi IKEA-nın 12,9 milyard rubl dəyərində əmlakına həbs qoyub
Tarix: 11-03-2024 23:33 | Bölmə: Sosial

Moskva vilayətinin Arbitraj Məhkəməsi Rusiya Federasiyasını tərk edən İsveç mebel konserni IKEA-nın strukturlarından biri olan “Torg” MMC ilə İrlandiyanın “Fami Limited” şirkəti arasında bağlanmış müqaviləni etibarsız hesab edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmə Federal Vergi Xidmətinin regionlararası müfəttişliyinin ərizəsini təmin edib və 12,9 milyard rubl - etibarsız əməliyyatın məbləğini dövlətə müsadirə etmək qərarına gəlib.
Qeyd olunur ki, “Torg” MMC-nin işçilərinə əmək haqqının ödənilməsi üçün nəzərdə tutulan vəsaitə həbs qoyulmur.
Daha əvvəl bildirilmişdi ki, IKEA konserni əmtəə nişanının Rospatentdə qeydiyyatını 2033-cü ilin avqust ayına qədər uzadıb.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər