Bütün xəbərlər
Rusiya prezidenti 50-dən çox məhkum qadını əfv edib
Tarix: 08-03-2024 15:06 | Bölmə: Sosial

Rusiya prezidenti Vladimir Putin 52 məhkum qadının əfv edilməsi haqqında fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin izah etdiyinə görə, əfv ilk növbədə azyaşlı uşaqları olan və ya qohumları hazırda Ukraynada xüsusi əməliyyatda iştirak edənlərə şamil edilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dekabr ayında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları üzrə Prezident Şurasının (İHŞ) iclasında bəzi kateqoriyalardan olan qadınlar üçün mümkün amnistiya məsələsi qaldırılıb.
“Əfv haqqında bugünkü fərman İnsan Hüquqları Şurasının iclasında keçirilən müzakirə kontekstində imzalanıb”, - Kreml sözçüsü bildirib.
Dövlət başçısı bu gün səhər saatlarında rusiyalı qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara mümkün qədər xoşbəxt anlar arzulayıb.





Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər