12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ukrayna 2024-cü ildən sonra Rusiya qazının tranzitini davam etdirməyə hazırdır
Tarix: 04-03-2024 16:59 | Bölmə: Sosial

Ukrayna hazırkı müqavilə başa çatdıqdan sonra Rusiya qazının Avropa ölkələri üçün tranzitini davam etdirməyə hazırdır, lakin bu barədə Rusiyanın özü ilə danışıqlar aparmaq niyyətində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kiyev rejimi Avropa ölkələrinin konsorsiumuna və ya bir dövlətə xidmət göstərməyə hazırdır. Bu barədə bazar ertəsi baş nazir Denis Şmıqal məlumat verib.
"Burada təşəbbüs Aİ-nin tərəfindədir" deyib.
Qaz nəqli müqaviləsi 2024-cü ilin dekabrında başa çatır. Ukrayna bu məsələni Moskva ilə yox, Qərblə müzakirə edəcək.
TASS yazır ki, “Şimal axını” qaz kəmərlərinin təxribatından sonra Ukraynadan keçən marşrut Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə çatdırılması üçün yeganə variant olaraq qalıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər