12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Lisenziyasından məhrum edilən şirkət qanunsuz olaraq qızıl hasilatını davam etdirib
Tarix: 26-02-2024 21:01 | Bölmə: Sosial

Krasnoyarsk diyarında lisenziyasından məhrum edilən, lakin eyni zamanda qızıl hasilatını davam etdirən şirkətin direktoruna qarşı cinayət işi başlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Daxili İşlər Nazirliyi Media” resursunun məlumatına görə, Krasnoyarsk diyarının Manski rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları kəşfiyyat və hasilatla məşğul olan şirkətin qanunsuz fəaliyyəti faktlarını müəyyən etmək üçün dronların iştirakı ilə əməliyyat keçirməli olublar.
Ötən payızın əvvəlində yerin təkindən istifadə qaydalarının çoxsaylı pozuntularına görə qurum lisenziyasını itirib. Müəssisənin mədən hasilatı davam etdirmək hüququ yox idi, lakin direktor qeyri-qanuni fəaliyyətini davam etdirmək qərarına gəlib.
Əməliyyatçılar iki həftə ərzində sübutlar toplayıb və nəticədə qanunsuz fəaliyyət faktları aşkarlanıb. Müəssisənin işi dayandırılıb.
Təşkilatda aparılan axtarış zamanı oradan qeyri-qanuni yolla çıxarılan çəkisi təxminən 450 qram və 2,5 milyon rubl dəyərində qızıl aşkar edilib. Şirkətin direktoru qiymətli metalların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işində təqsirləndirilən şəxs olub.

Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər