12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Naxçıvanda imtahanlara 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib
Tarix: 18-02-2024 15:25 | Bölmə: Sosial



Fevralın 18-də Dövlət İmtahan Mərkəzi xarici dil üzrə fəlsəfə doktoru və ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirib.
Sabaha-inamla.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında 7 doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.



Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər