14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Miley: "Argentina dolları dövriyyəyə buraxmağa demək olar ki, hazırdır"
Tarix: 15-02-2024 16:39 | Bölmə: Sosial

Argentina ABŞ dollarının dövriyyəyə buraxılmasına bir addım qalıb, ölkə prezidenti Xavyer Miley bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Argentina aktiv olaraq dollar alır. Ölkə dollar almaq üçün peso çap edir. Argentinanın pul bazası 8 milyard dollardır və "biz 7 milyard dollar dəyərində ehtiyatlar alırıq. Biz artıq pul bazasının 87,5%-ni əhatə etmişik. Bazar məzənnəsi ilə biz dollarlaşmadan bir addım qalmışıq", - Miley "Nacion"-a müsahibəsində deyib.
Miley 2023-cü ilin dekabrında liberallaşma, o cümlədən iqtisadiyyatın dollarlaşdırılması haqqında fərman imzalayıb. Argentina dolları dövriyyəyə buraxan və böyük inflyasiyadan qurtulan Ekvadorun yolu ilə getmək niyyətindədir.
Bu arada pesonun devalvasiyası, bahalaşan qiymətlər və maaşların dondurulması bir çox argentinalıların etirazına səbəb olub. Həmkarlar ittifaqları və solçu hərəkatlar böyük nümayişlər və tətillər keçirdilər.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər