14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Dərs saatına görə rüşvət alan direktora hökm oxundu
Tarix: 12-02-2024 19:33 | Bölmə: Sosial

                           ders-saatina-gore-rusvet-alan-direktora-hokm-oxundu


Ağdam Musiqi Kollecinin rüşvətdə təqsirləndirilən direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Musayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, R.Musayev 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. O, həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.
Məhkəmə 69 yaşlı R.Musayevi qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. Həmçinin R.Musayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər