14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Şimali Koreya Çinə 1,5 min tondan çox saqqal və parik satıb
Tarix: 03-02-2024 21:25 | Bölmə: Sosial

“Reuters”in məlumatına görə, Koreya Xalq Demokratik Respublikası 2023-cü ildə Çinə 1,5 min tondan çox parik, saxta kirpik və saqqal ixrac edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin hesabatında Şimali Koreyanın Çinə 1,68 min ton saxta kirpik, saqqal və parik satdığı bildirilir. İxrac dəyəri 167 milyon dollar olub.
Çində bu mallar emal olunur, qablaşdırılır və bütün dünyada, o cümlədən Qərb ölkələri, Yaponiya və Cənubi Koreyada satılır.
2023-cü ildə bəyan edilmiş ixracın 60%-ni saxta kirpiklər və pariklər təşkil edib.
Əvvəllər bildirilirdi ki, 2023-cü ilin sonuna qədər Çin ilk dəfə olaraq avtomobil ixracında dünya lideri olub.




Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər