Bütün xəbərlər
Elm və Təhsil Nazirliyində yeni təyinat
Tarix: 01-02-2024 22:25 | Bölmə: Sosial

                  elm-ve-tehsil-nazirliyinde-yeni-teyinat


Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər