Bütün xəbərlər
Patriarx Kirill hesab edir ki, abortlara heç bir bəraət qazandırmaq olmaz
Tarix: 23-01-2024 16:46 | Bölmə: Sosial

Abort üçün heç bir əsas ola bilməz - nə mənəvi, nə dini, nə də siyasi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın patriarxı Kirill bildirib.
O vurğulayıb ki, Kilsə hamiləlik anından insanlara insan həyatının dəyərini xatırlatmağa davam edəcək.
Patriarx Federasiya Şurasında Milad bayramı ilə bağlı parlament iclaslarında çıxış edərkən deyib: "Abort insanların şəxsi həyatının özəyinə müdaxilə və Allah qarşısında böyük günahdır. Abort nəticəsində ana öz uşağını öldürür".
Rus Pravoslav Kilsəsinin rəhbəri “Rossiya 24” telekanalında əlavə edib ki, ölkədə aborta qarşı mübarizə qadınların dəstəyi olmadan aparıla bilməz.
Bundan əvvəl Patriarx Kirill üç və ya daha çox uşaq atalarını sülh dövründə səfərbərlikdən azad etməyə çağırıb.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər