14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Dağıstanlı futbolçu "Nyukasl"ın qapısına dörd qol vurub
Tarix: 16-01-2024 13:50 | Bölmə: Sosial

“Mançester Yunayted”in gənclərdən ibarət komandasının futbolçusu Əmir İbrahimov 16 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən çempionat matçında 4 qol vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dağıstanlı "Nyukasl"ın qapısına dörd qol vurub.
İbrahimov göstərdiyi performansla “Mançester Yunayted”ə 4:1 hesablı qələbə qazandırıb. O, komandasının bütün qollarını ağsağanlarla görüşdə vurub. Cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun 15 yaşı var.
Qeyd edək ki, Əmir ailəsi ilə birlikdə İngiltərəyə köçdükdən sonra orada çıxış edir. Əvvəlcə "Şeffild Yunayted" akademiyasında futbol oynamağa başladı, lakin 2022-ci ildə "Man United" ilə müqavilə imzaladı və keçən ilin aprelində artıq klubun əsas heyəti ilə məşq etməyi bacardı.




Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər