Bütün xəbərlər
Rusiya Federasiyası və Belarus sərhədində yük maşınları üçün məhdudiyyətlər tətbiq edilib
Tarix: 13-01-2024 20:30 | Bölmə: Sosial

Rusiya-Belarus sərhədində Ermənistan, Qazaxıstan və Qırğızıstan vətəndaşlarının idarə etdiyi yük maşınlarına məhdudiyyət qoyulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, onlar sərhədi yalnız Ezerişe-Lobok hissəsindən keçə bilərlər.
Departamentin teleqram kanalında qeyd olunduğu kimi məhdudiyyət 12 yanvar saat 18:00-dan etibarən tətbiq olunur. Bu barədə məlumatı Belarus gömrükçülərinə Rusiya FSB sərhəd xidməti ötürdüyü bildirilir.
Yanvarın 11-də Belarus Gömrük Komitəsi Rusiya ilə sərhəddə bir sıra nəqliyyat vasitələrinin geri qaytarılması halları barədə məlumat verib. Sonra bildirilib ki, bu ölkələrdən olan şəxslərin idarə etdiyi yük maşınları “Rusiya ərazisinə daxil olmaq üçün əsas olmadığına görə” FSB nümayəndələri tərəfindən “döndürülüb”.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər