Bütün xəbərlər
İrkutsk vilayətində körpünün uçduğu yerdən görüntülər yayılıb
Tarix: 10-01-2024 14:12 | Bölmə: Sosial

İrkutsk vilayətinin Ust-İlimsk rayonunda, Krasnoyarsk diyarı ilə sərhəddə körpü taxta yük maşınının ağırlığından uçub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İrkutsk qubernatoru İqor Kobzev öz Telegram kanalında bildirib ki, insident “İlim” qrupuna daxil olan şirkətə məxsus texnoloji yolda baş verib. Fövqəladə vəziyyət nəticəsində Çemdalsk istiqamətində keçid dağıdılıb.
Taxta yük maşını özəl şirkətə məxsusdur. Rayon rəhbəri qeyd edib ki, yol və körpü mülki nəqliyyat üçün nəzərdə tutulmayıb. 2019-cu ilin yayında körpüyə baxış keçirilib və istifadəyə yararlı olduğu müəyyən edilib.
Sürücü sağdır və xəsarət almayıb. Taxta yük maşınının qoşqusuna ziyan dəyib. Hazırda qəza yerində dolama yol çəkilib, nəqliyyatın hərəkəti kəsilməyib.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər