Bütün xəbərlər
Üç mindən çox insan avtomobillərdə qalıb
Tarix: 31-12-2023 11:12 | Bölmə: Sosial


Qazaxıstanın Almatı-Ekaterinburq magistralında mindən çox avtomobil toplanıb - tıxacın səbəbi güclü qar fırtınası olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan polisinin məlumatına görə, Karaqanda vilayətində pis hava şəraitinə görə, ümumilikdə, dekabrın 31-i səhər saatlarında 1 min 359 avtomobil tıxacda qalıb - onlarda 129-u uşaq olmaqla, demək olar ki, üç min yarım insan var.
Mindən çox avtomobil - üç mindən çox insan, o cümlədən yüzdən çox uşaq Almatı-Ekaterinburq magistralında ilişib qalıb. Təhlükəsizlik və fövqəladə hallar xidmətinin əməkdaşları insanları tıxaclardan təxliyə edir.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib