14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya səfiri Lyubinski: "Moskvasız Avropaya qaz nəqlindən danışmaq mənasızdır"
Tarix: 27-12-2023 11:37 | Bölmə: Sosial

Moskva ilə Avropaya qaz tədarükü üçün yeni sxemlər barədə razılaşmadan onlar haqqında danışmaq mənasızdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski Ukraynanın Rusiya qazını müqaviləsiz tranzit etmək ideyasını belə qiymətləndirib.
Rusiyalı diplomat qeyd edib ki, Kiyev tərəfinin bəyanatları çoxdan özünü devalvasiya edib və diqqətə layiq deyil.
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, Ukrayna Rusiya qazını istehlak etməkdə davam edir və Moskva buna mane ola bilməz. Vladimir Putinin sözlərinə görə, Ukraynanın qaz nəqli şəbəkəsi belə işləyir: qaz ölkə ərazisinə daxil olan kimi dərhal yayılır. Bu arada “Qazprom” müqavilə öhdəliklərini yerinə yetirir və tranzit üçün Kiyevə pul ödəməyə davam edir.




Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər