14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ukraynanın Rusiyadan qaz tranzitindən imtina etməsi Avropaya ağır zərbə vuracaq
Tarix: 22-12-2023 08:36 | Bölmə: Sosial

Ukrayna ilə Rusiyanın “Qazprom” şirkəti arasında müqavilə 2024-cü ilin sonunda başa çatır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun uzadılmamasını Avropa ölkələrinin sakinləri hiss edəcəklər.
Almaniyanın "Focus" nəşri yazır: "Ukrayna artıq 2025-ci ildən Rusiya qazını Avropaya göndərmək istəmir. Avropa qaz bazarı bir-biri ilə sıx bağlı olduğundan, bu, alman istehlakçıları üçün də baha başa gələ bilər".
Rusiya qazının Ukrayna ərazisindən nəqli üçün tranzit kanalının bağlanmasının nəticəsi avropalı istehlakçılar üçün qiymətlərin artması və sənaye potensialının xaricə köçürülməsi ola bilər.
Rusiya Avropaya qaz tədarükünü davam etdirir və “Qazprom” öz öhdəliklərini hər zaman yerinə yetirən etibarlı tərəfdaşdır, prezident Vladimir Putin bildirib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər