14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi tələbələrlə görüş keçirib
Tarix: 06-12-2023 20:47 | Bölmə: Sosial



“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi tələbələrlə görüş keçirib 
Sabaha-inamla.az xəbər verir ki, “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi “Əlil Qadınlar Cəmiyyəti”nin ofisində tələbələrlə görüş keçirib. Bu barədə QHT rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə məqsəd onlara əlilliyi olan qadın və qızlarla davranış qaydalarını aşılamaq olub.

Nurlu Sabah Gənclərə Qayğı ictimai birliyi tələbələrlə görüşüb
Tələbələrlə görüş
“Gələcəyin dövlət xidmətlərində çalışacaq olan tələbələrlə maraqlı görüş oldu.   Onları maraqlandıran sualları cavanlandırdıq. Əlilliyi olan şəxslərlə davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdik”, – E.Dərziyeva bildirib.
Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə bağlı çıxışları olub, onların hazırladıqları slayd nümayiş etdirilib.
Tələbələrlə görüşdə QHT rəhbəri onlara sertifikat verib
Tələbələrə sertifikatlar verilib
Sonda seminarda iştirak edən tələbələrə “Əlil Qadınlar Cəmiyyəti” ilə “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin üvləri tərəfindən serifikatlar təqdim olunub.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər