Bütün xəbərlər
Cəsarət Valehovun yerinə o təyin olundu – Dosye
Tarix: 09-12-2023 00:02 | Bölmə: Sosial

                    Cəsarət Valehovun yerinə o təyin olundu – Dosye



Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.
Sabaha-inamla.az  7Times.az-a istinadən  xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.
Qeyd edək ki, Səbuhi Rzayev buna qədər nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifəsinə kimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib.
1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.




Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər