14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Axtarılan "Tanuki"nin təsisçisi Londonda restoran açıb
Tarix: 05-12-2023 13:03 | Bölmə: Sosial

Məşhur rusiyalı restorançı, "Tanuki" və "Erş" zəncirlərinin yaradıcısı Aleksandr Orlov ona qarşı 110 milyon rubl dəyərində maddi ziyan vurduğuna görə cinayət işinin açılmasını anlaşılmazlıq hesab edib və sonradan beynəlxalq axtarışa verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Londondadır və Rusiyaya qayıtmaq fikri yoxdur.
Sahibkarın cinayət məsuliyyətinə cəlb edilməsinə əsas Moskva şəhərindəki "Black Star Fitness" klubu ilə bağlı fikir ayrılığı olub.Ev sahibi fitnes zalının rəhbərliyini, o cümlədən Orlovu ondan xəbərsiz hovuz tikməyə başlamaqda ittiham edib və şirkət icarə haqqını ödəməyib.
"Mən bu layihənin investorlarından biri olmuşam, lakin onun əməliyyat fəaliyyətinə heç bir təsir göstərməmişəm. Ona görə də mənə qarşı irəli sürülən iddiaları tam əsassız hesab edirəm. Heç vaxt cinayət məsuliyyətindən söhbət gedə bilməz, bunlar sırf mülki münasibətlərdir", - iş adamı dildirib. Bu barədə "Forbes.kz" nəşri məlumat yayıb.
O, vəkillərinin tezliklə münaqişəni həll edəcəyinə əmin olduğunu bildirib.
Orlov 2022-ci ilin əvvəlində Rusiyanı tərk etdi və həmin ilin iyununda "TanukiFamily" brendləri ilə əlaqəli bütün şirkətlərdəki səhmlərini satdı. Əslən Balidə məskunlaşan iş adamı, indi Londona köçüb və burada yeni restoran açıb. Onun müəssisələri Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərir.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər