14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Dövlət Dumasına edilən düzəliş məktəblərdə telefonlara qoyulan qadağanı sərtləşdirəcək
Tarix: 01-12-2023 10:17 | Bölmə: Sosial

Rusiyalı məktəblilərdən məktəbdə olarkən istisnasız olaraq istənilən məqsədlə, hətta təhsil məqsədləri üçün də telefonlardan istifadəni qadağan etmək tələb olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, artıq birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə müvafiq düzəlişi spiker Vyaçeslav Volodinin başçılıq etdiyi deputatlar qrupu edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Noyabrın 16-da aşağı palata tərəfindən birinci oxunuşda təsdiq edilmiş sənədin ilkin variantında “mobil radiotelefon rabitəsi”ndən tədris məqsədləri üçün istifadəyə icazə verən istisna nəzərdə tutulurdu.
İndi məktəblərdə telefon qadağasına yalnız şagirdlərin və ya təhsil müəssisəsinin əməkdaşlarının həyatı və sağlamlığı üçün təhlükə yarandığı hallarda məhəl qoyula bilər.
Bazar ertəsi Dövlət Dumasının Təhsil Komitəsi sənədin ikinci oxunuşunda hansı düzəlişlərin təsdiqlənməsi barədə qərar verəcək. Bu barədə cümə axşamı komitə sədrinin birinci müavini Yana Lantratova məlumat verib.
Şagirdlərin mobil telefondan istifadəsini məhdudlaşdıran qanun layihəsi qəbul edilməzdən əvvəl Vyaçeslav Volodin bildirmişdi ki, valideynlər və müəllimlər çoxdan belə bir məhdudiyyətin qoyulmasını xahiş ediblər. Onların fikrincə, diqqəti yayındıran amillərin olmaması müəllimin nizam-intizamını və nüfuzunu artıracaq, həm də canlı ünsiyyətə təkan verəcək.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər