Bütün xəbərlər
Məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi baş verib
Tarix: 29-11-2023 10:12 | Bölmə: Sosial

Kirov rayonunda yerli məktəblərdən birinin şagirdləri qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən çərşənbə axşamı Malmıj rayonunun Kalinino kəndindəki məktəbdə baş verib. Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən araşdırma aparılır.
Rayon prokurorluğu dəqiqləşdirib ki, ilkin məlumata görə, uşaqlar məktəbin yeməkxanasında yemək yedikdən sonra özlərini pis hiss ediblər və zəhərlənmə əlamətləri müşahidə ediblər.
RİA Novosti-nin verdiyi məlumata görə, ümumilikdə 16 məktəbli xəstəxanaya yerləşdirilib. Hazırda təhsil müəssisəsində müstəntiq və prokurorlarla yanaşı, tibb işçiləri də çalışır.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər