Bütün xəbərlər
Avropada rusların şəxsi avtomobillərinin idxalına icazə verilməsini tələb edirlər
Tarix: 09-11-2023 16:16 | Bölmə: Sosial

Avropa Parlamentinin üzvləri Avropa Komissiyasından Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsi ilə bağlı əvvəllər verilmiş tövsiyələri ləğv etməyi tələb ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, deputatların qəbul etdiyi qətnamədə bu cür tədbirlərin həddən artıq olduğu və sanksiyaların tətbiq olunduğu məqsədləri və sanksiya alətlərinin özünü nüfuzdan saldığı bildirilir.
2023-cü ilin sentyabrında Avropa Komissiyası, Aİ Şurasının 2022-ci ildə tətbiq etdiyi anti-Rusiya sanksiyalarının Rusiya dövlət nömrə nişanlı Rusiya vətəndaşlarının şəxsi avtomobillərinə də şamil edildiyini göstərən izahat dərc etdi. Buradan belə nəticə çıxır ki, ruslar hətta turizm məqsədi ilə və hətta qısa müddətə şəxsi avtomobilləri ilə Avropa İttifaqı ərazisinə daxil ola bilməzlər.
Həmçinin izahatdan belə çıxır ki, bəzi şəxsi əşyalar, məsələn, smartfonlar, noutbuklar və gigiyena vasitələri Avropa İttifaqına idxal edilə bilməz.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər