Bütün xəbərlər
Yanacağın tükənməsi: Qəzza zolağının xəstəxanaları sıradan çıxdı
Tarix: 23-10-2023 15:57 | Bölmə: Sosial

Qəzza zolağındakı bütün xəstəxanalarda elektrik generatorları üçün təcili yanacaq tükənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Həmas hərəkatının nümayəndəsi və anklavın Səhiyyə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, 12 xəstəxana və 32 tibb mərkəzi tam fəaliyyət göstərə bilmir.
Oktyabrın 7-dən bəri İsrailin atəşi və bombardmanı nəticəsində 5 mindən çox fələstinli həlak olub. 15 mindən çox insan yaralanıb və köməyə ehtiyac var.
Ölənlər arasında 2055 uşaq, 1119 qadın və 217 qoca var.




Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib