Bütün xəbərlər
Universitet tələbələrinə milli dəyərlərimiz təbliğ edilib
Tarix: 22-10-2023 19:04 | Bölmə: Sosial


Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 21.10.2023-cü il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsi çərçivəsində növbəti tədbirini Səbail rayonu Cəfərov qardaşları 16 ünvanında universitet tələbələri ilə həyata keçirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizin təbliğ edilməsinin zəruriliyi barədə məlumat verdi. Layihə rəhbəri sonra sözü mühazirəçi tanınmış ictimai xadim, millət vəkili Məlahət İbrahimqızına verdi. Tədbir iştirakçılarını salamlayan Məlahət xanım gənclərə milli adət-ənənələrimiz, ailə dəyərlərimiz və xalqımızın əsrlər boyu qoruyub saxladığı mental dəyərlərimiz haqqında ətraflı məlumat verdi. Son illərdə boşanma hallarının sürətlə artması tendensiyasına toxunan xanım millət vəkili qeyd etdi ki, gənc ailələr arasında boşanmanın ən başlıca səbəbi dözümsüzlükdür. O qeyd etdi ki, 2005-ci ilə qədər qurulan ailələrdə boşanma halları bu günkü boşanmaların statistikasından çox-çox aşağıda idi. İqtisadi cəhətdən güclü və inkişaf etmiş ölkələrdən sitat gətirən millət vəkili qeyd  etdi ki, bu ölkələrin əksətriyyəti mənəvi tənəzzül dövrünü yaşayır. Məlahət xanım sonra layihə iştirakçılarının suallarını cavablandırdı. Tədbirin sonunda layihə rəhbəri bir daha QHT-lərə Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Layihə rəhbəri, həmçinin Məlahət İbrahimqızına və layihə iştirakçılarına öz təşəkkürünü bildirdi. Eldəniz Salmanov qeyd etdi ki, növbəti və sonuncu tədbirimiz 26.10.2023-cü il tarixində universitet tələbələri ilə həyata keçiriləcək.

   


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər