14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağına 27 ton humanitar yardım çatdıracaq
Tarix: 19-10-2023 15:26 | Bölmə: Sosial

Qəzza zolağının sakinləri üçün 27 ton ərzaq yardımı - un, şəkər, düyü və makaron daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Moskva yaxınlığındakı Ramenskoye aerodromundan Misirə qalxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əl-Ariş hava limanında yüklər boşaldıldıqdan sonra yardım Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək və daha sonra Qəzza zolağına çatdırılacaq.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsrailə müraciət edərək Qəzza zolağına humanitar yardımların maneəsiz çıxışını təmin etməyə çağırıb.
Fələstin-İsrail münaqişəsi oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının hücumundan sonra gərginləşib. Buna cavab olaraq İsrail Qəzza zolağına raket zərbələri endirib və anklava yanacaq və ərzaq axınını tamamilə dayandırıb.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər