14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Duty Free" mağazalarının həmtəsisçisi vəfat edib
Tarix: 10-10-2023 21:12 | Bölmə: Sosial

Sağlığında demək olar ki, bütün var-dövlətini xeyriyyəçiliyə sərf edən "Duty Free Shoppers" mağazalar şəbəkəsinin yaradıcılarından biri, amerikalı iş adamı və xeyriyyəçi Çak Feni vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 92 yaşı var idi.
Feeneyin ölümünü onun yaratdığı "Atlantic Philanthropies" adlı xeyriyyə cəmiyyəti elan edib. “Həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçi Çarlz Frensis Feeney oktyabrın 9-da San-Fransiskoda sakitcə vəfat edib”, məlumatda bildirilir.
Feeney 1960-cı ildə Robert Miller ilə "Duty Free Shoppers" şəbəkəsini qurdu. 1988-ci ildə "Forbes" jurnalı iş adamının sərvətini 1,3 milyard dollar qiymətləndirdi. Hazırda DFS mağazalar şəbəkəsinin dünya üzrə 56 mağazası var.
Feeney həyatı boyu 8 milyard dollar bağışladı - demək olar ki, bütün sərvətini. Özü və həyat yoldaşı üçün cəmi 2 milyon dollar təqaüd qoyub.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər