14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
QHT xaricdə təhsil almaq istəyən gənclərə növbəti maarifləndirici təlim keçirib
Tarix: 10-10-2023 19:32 | Bölmə: Sosial

                   



Oktyabrın 4-də Bakının Yasamal rayonunda İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə xaricdə təhsil almaq istəyən yeni qrup gənclər üçün növbəti maarifləndirici təlim keçirilib. Qeyd edək ki, təlim İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma” layihəsi çərçivəsində təşkil olunub. Təlimin əsas məqsədi xaricdə təhsil almaq istəyən gənclərin düzgün maarifləndirilməsini həyata keçirmək, internet resurslardan düzgün istifadə bacarıqlarının artırılmasıdır.
Təlimə başlamamışdan öncə İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin sədri Aytac Əzimova çıxış edərək bildirib ki, xarici ölkələrdə təhsil almaq bir çox gənclərin arzusudur: “Bu arzunu reallaşdırmaq üçün hazırda bir çox kommersiya şirkətləri öz xidmətlərini təklif edirlər ki, buna da bəzən istedadlı şagirdlərin maliyyə imkanları çatmır. Həmçinin, həmin şirkətlər bu təklifləri kommersiya məqsədləri üçün təklif etdiklərindən bəzən bu təkliflərin çatışmamazlıqları barədə məlumat verilmir. Eyni zamanda, internetdə xaricdə təqaüd proqramları ilə təhsil imkanları barədə yetərli qədər məlumat olmasına baxmayaraq bu proqramların üstünlükləri, imkanları, çətinlikləri və çatışmazlığı barədə bir çox vətəndaşlar məlumatsızdırlar. Mövcud reallığı nəzərə alaraq, bu sahədə məlumatlatlandırma tədbirlərinin aparılması zəruridir”
Sonra tanınmış təlimçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MBA proqramı və SABAH qrupları üzrə müəllimi Fəxri Məhəmmədzadə mövzu üzrə danışaraq mövcud imkanlar və risklər, o cümlədən, milli maraqlarımıza xələl gətirə biləcək hallar barədə gəncləri və valideynləri məlumatlandırıb.
Həmçinin təlimdə qonaq qismində iştirak edən IELTS təlimçisi İlqar Quliyev çıxış edib. Böyük Britaniya, İndoneziya, Hindistanda təlim almış qonaq öz təcrübələrini bölüşüb. O, beynəlxalq təlimlərdə iştirakın karyeramıza, dünyagörüşümüzə müsbət təsirləri, xarici təcrübənin peşəkar həyatımıza faydaları, bənzər təlimlərə qoşulmaq üçün motivasiya məktubları yazarkən diqqət etməli olduğumuz məqamlara toxunub.



   



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər