Bütün xəbərlər
Ukrayna Polşa və Macarıstandan idxalı qadağan etmək istəyir
Tarix: 19-09-2023 16:20 | Bölmə: Sosial

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, bu ölkələr Ukrayna məhsullarının öz bazarlarına çıxarılmasına qoyulan qadağaları aradan qaldırmasalar, Ukrayna Polşa və Macarıstandan malların idxalına qadağa qoyacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dünən Ukrayna İqtisadiyyat Nazirliyi Polşa, Slovakiya və Macarıstana qarşı ÜTT-yə iddia qaldıraraq, bu ölkələrin cəzalandırılmasını və ya Ukrayna taxılının tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını tələb edib. Bir həftə əvvəl Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının öz bazarlarına idxalına qadağa qoyub, lakin onun tranzitinə icazə verib.
“Biz 2023-cü ilin statistikasına əsaslanaraq, bu ölkələrin ticarət sahəsindəki qeyri-dost hərəkətlərinə qarşı ayrı-seçkilik əleyhinə araşdırmaya başlayırıq”, - Şmyqal bildirib.
Macarıstan 24 növ Ukrayna malının idxalına qadağa tətbiq edib, kənd təsərrüfatı naziri İştvan Nagy bildirib. Siyahıya taxılla yanaşı, digər kənd təsərrüfatı məhsulları, o cümlədən ət, yumurta, bal və şərab daxil edilib. Nazir sosial şəbəkədə yazıb: "Brüssel Ukrayna taxılının idxalına qoyulan qadağanı uzatmamaq qərarına gəlib. Macarıstan öz sərhədlərini milli səviyyədə bağlayır və bunu 24 Ukrayna malına şamil edir".



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib