Bütün xəbərlər
Latviya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edib
Tarix: 12-09-2023 23:27 | Bölmə: Sosial


Sentyabrın 12-dən Latviya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Xidməti yanında Gömrük İdarəsi öz saytında məlumat yayıb.
Latviya bu qərarı Avropa Komissiyasının izahatlarına və Xarici İşlər Nazirliyinin rəyinə uyğun olaraq qəbul edib. Agentlik qeyd edir ki, Latviyanın Rusiya və Belarusla sərhədindəki sərhəd-keçid məntəqələri vasitəsilə Avropa İttifaqına giriş qadağandır.
Ölkənin gömrük idarəsi qeyd edir ki, səyahət edənlər Rusiya və ya Belarusa qayıtmaqdan imtina edərlərsə, onların avtomobili müsadirə olunacaq.
Bundan əvvəl Avropa Komissiyası Rusiya dövlət nömrə nişanlı şəxsi avtomobillərə anti-Rusiya sanksiyalarının tətbiq edilməsi ilə bağlı izahat dərc edib. Bundan əlavə, mətndən belə çıxır ki, bir çox məhsullar, o cümlədən smartfonlar, noutbuklar, geyimlər və hətta gigiyena məhsulları da qadağandır. Eyni zamanda, Avropa Komissiyası Aİ ölkələrini sağlam düşüncədən istifadə etməyə çağırır.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər