14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya və Türkiyə bir milyon ton taxıl tədarükü barədə razılığa gəliblər
Tarix: 06-09-2023 23:14 | Bölmə: Sosial


Rusiya ilə Türkiyə arasında aparılan danışıqlarda 1 milyon ton taxıl tədarükü ilə bağlı prinsipial razılıq əldə olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, bu sazişin texniki detalları yaxın vaxtlarda işlənəcək. Qətərin köməyi ilə Türkiyəyə taxıl tədarükü ilə bağlı işçi təmaslar aparılır.
Sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində taxıl tədarükü mövzusu qaldırılacaq. Qida təhlükəsizliyi və gübrə tədarükü Afrika və G20 ilə danışıqlarda gündəmin əsas maddələridir. Yeni Dehlidə danışıqlara G20-nin başçılarından başqa daha doqquz ölkənin lideri dəvət olunur. Bunlar Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapurdur.
G20 sammitində Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çin nümayəndə heyətinə isə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq başçılıq edəcək. Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı dörd təklif BMT-nin baş katibi Antonio Quterreş tərəfindən irəli sürülüb.
Eyni zamanda, Rusiya qeyd edir ki, yaxşı taxıl məhsulu ötən mövsümün 60 milyon tondan bir qədər çox ixrac rekordunu qırmağa imkan verir.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər