14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
“Uşaq istismarına biganə qalmayaq!” adlı layihə gerçəkləşdirildi
Tarix: 30-08-2023 22:32 | Bölmə: Sosial



Sabaha-inamla.az xəbər verir ki, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaq istismarına biganə qalmayaq!” adlı layihə gerçəkləşdirib.

Paytaxt və bölgələrdə sorğu keçirilib
Paytaxtda sorğu keçirilib

Bu barədə birliyin sədri Gülayə Səfərova məlumat verib. Onun sözlərinə görə, icra planına uyğun olaraq insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə ay ərzində, müxtəlif bölgələrdə sorğu keçirilib.

Uşaqlar arasında sorğu olub
Uşaqlar arasında sorğu

Sorğu Neftçala rayonu, Şəki şəhəri və paytaxtın Sabunçu, Suraxanı rayonlarında 300 nəfər inşaat, kənd təsərrüfatı, istixana (parnik) biznesi ilə məşğul olan sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, o cümlədən qadınlar və gəncləri əhatə edib.

bölgələrdə sorğu
Sorğu

Həmçinin layihə çərçivəsində təşkilat tərəfindən hazırlanan uşaq əməyinin istismarının onların həyatına, sağlamlığına və mənəviyyatına mənfi təsir etdiyini, uşaqların cinsi istismarının mahiyyəti, bu əməlin azyaşlıların sağlamlığına və psixisosial inkişafına məhvedici təsir göstərdiyini, insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarının pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu özündə əks etdirən 300 ədəd buklet əhali arasında paylanılıb.





Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər