14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
"Dinamo"nun qapıçısı Şunin oğluna Yaşinin adını qoyub
Tarix: 21-08-2023 23:42 | Bölmə: Sosial

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın “Dinamo” futbol klubunun qapıçısı Anton Şunin oğlunun adını paytaxt komandasının və SSRİ yığmasının əfsanəsi Lev Yaşinin şərəfinə qoyduğunu bildirib.
"Əvvəla, həyat yoldaşım və mən Lev adını çox bəyənirik. Lev Antonoviç gözəl, güclü səslənir" -"Dinamo"nun mətbuat xidməti Şunindən sitat gətirir.
"Təbii ki, oğlumun adını Lev Yaşinin şərəfinə qoydum. Bütün ömrüm boyu “Dinamo”da oynamışam, bu ad mənim üçün çox şey deməkdir. Üçüncü bir məqam var - oğul Şir bürcü altında doğuldu. Hər şey birləşdi”, - idmançı yekunlaşdırıb.
Xatırladaq ki, Yaşin futbol tarixində "Qızıl top"u qazanan yeganə qapıçıdır. Bundan əlavə, Lev SSRİ yığmasının tərkibində Olimpiya çempionu və Avropa çempionudur.
Qapıçı bütün karyerasını Moskva “Dinamo”sunda keçirib, burada 5 dəfə SSRİ çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər