Bütün xəbərlər
Sumqayıtda kütləvi zəhərlənmə-Araşdırma aparılır
Tarix: 16-08-2023 20:24 | Bölmə: Sosial


Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib