14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Rəqəmsal İnkişaf Nazirliyi işçilərinə Apple texnologiyasından istifadə etməyi qadağan edib
Tarix: 11-08-2023 23:59 | Bölmə: Sosial


Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi əməkdaşlarına “Apple” smartfon və planşetlərindən biznes məqsədləri üçün istifadə etməyi qadağan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev məlumat verib.
Şöbə işçilərinin iş proqramlarına və iş yazışmalarına daxil olmaq üçün Apple texnologiyasından istifadə edilməməlidir. Şadayevin sözlərinə görə, cihazlara qoyulan qadağa işçilərin şəxsi məqsədlərinə şamil edilmir.
Rəqəmsal inkişaf naziri onu da diqqətə çatdırıb ki, “Android” qadcetləri olmayan departament əməkdaşları üçün cihazların alınması nəzərdə tutulmur. Onun sözlərini “İnterfaks” sitat gətirir.
Daha əvvəl bildirilmişdi ki, Apple texnologiyasının rəsmi məqsədlər üçün istifadəsinə qadağa Nəqliyyat Nazirliyi, Sənaye və Ticarət Nazirliyi və "Rostex" tərəfindən tətbiq edilib.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər