14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Rusiya şəkər istehsalını 2,5 dəfə artırıb
Tarix: 10-08-2023 23:26 | Bölmə: Sosial


Rusiya Federasiyasının zavodları çuğundur şəkərinin istehsalını 2,5 dəfə artırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çuğundur şəkəri istehsalının ümumi həcmi avqustun 1-nə 100 min ton təşkil edirdisə, 2022-ci ildə həmin tarixdə 40 min ton şəkər istehsal edilmişdir.
2023-cü ildə yığılan şəkər çuğunduru Cənubi və Şimali Qafqaz Federal Dairələrindəki 13 şəkər emalı zavodunda emal olunur ki, bu da ötən illə müqayisədə dörd ədəd çoxdur. Bu həftənin sonuna qədər Krasnodar diyarında daha iki şəkər zavodu emala başlayacaq, gündəlik şəkər istehsalı 12,5 min ton təşkil edəcək, RİA Novosti xəbər verir.
Avqustda 400 min ton çuğundur şəkəri, daha 20 min ton isə xaricdən gətirilən xam şəkərdən istehsal olunacaq.
Kənd Təsərrüfatı Bazarının Tədqiqatları İnstitutunun (IKAR) baş direktoru Dmitri Rılko iyulun ortalarında Rusiya Federasiyasında bu mövsüm şəkər istehsalının demək olar ki, 6,4 milyon tona çata bilər ki, bu da bir il əvvəlkindən 3,2% çoxdur.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər