14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Avqustun 17-də Baş prokuror Samuxda vətəndaşları qəbul edəcək
Tarix: 10-08-2023 18:51 | Bölmə: Sosial


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 17-də, saat 10:00-da Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
vətəndaşların qəbulla bağlı qeydiyyatı və Samux rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.





Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər