14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Qubada tədbir keçirib
Tarix: 27-07-2023 10:34 | Bölmə: Sosial



Sabaha-inamla.az xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının  təkmilləşdirilməsi” adlı layihəsinin fəaliyyət istiqamətində növbəti görüş keçirilib.


Quba dəyirmi masa


Tədbirdə dövlət qurumlarının, sosial, səhiyyə, ədliyyə, bələdiyyə, məşğulluq, təhsil, İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, regionun ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları Nübar Bayramova, Şəhla Mədətova, Günel Məlikova, Nəhayət Şirinova, rayon koordinasiya şuralarının üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova da tədbirə qatılıblar.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı çıxış edərək qonaqları salamlayıb. Təşkilat və təşkilatın təşəbbüsü ilə reallaşan layihələr barədə geniş məlumatlar verib.


tədbir


Sonra müxtəif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət gostərməyə dair kommunikativlik bacarıqlarının artırılması istigamətində fikir və mülahizələr səsləndirilib.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, Etika Akademiyasının təsisçi direktoru Günel İbrahim, layihənin proqram üzrə fasilitatoru Firuzə Babayeva, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin rəhbəri, əlilliyi olan qız və qadınlara keçirilən təlimlər üzrə təlimçi İradə Rizazadə ilə region üzrə Koordinasiya Şurası sədrinin və əlaqələndiricilərinin hesabatları dinlənilib.
Sonda Nəhayət Şirinova təşkilatın Quba rayonu üzrə rəsmi nümayəndəsi elan olunub.




Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər