Bütün xəbərlər
“Erasmus+”, “Mövlana” tipli proqramlar vasitəsilə tələbə, müəllim mübadiləsinin həyata keçirilməsi barədə danışıqlar aparılır
Tarix: 24-07-2023 17:18 | Bölmə: Sosial


Türkiyənin Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə kooridantoru Doğan Saltaş Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Sabaha-inamla.az-a  İlahiyyat İnstitutundan verilən məlumata görə, Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonaqlara ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. İnstitutun bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris həyata keçirdiyini söyləyən M.Camalov vurğulayıb ki,Aİİ-də təhsil tamamilə ödənişsizdir.
Tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verildiyini diqqətə çatdıran prorektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını bildirib.
Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə kooridantoru Doğan Saltaş təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. İkitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edən D.Saltaş daha sonra bildirib ki, “Erasmus+”, “Mövlana” tipli proqramlar vasitəsilə tələbə, müəllim mübadiləsinin həyata keçirilməsi mümkündür.
Görüşdə hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Sabaha-inamla.az



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər