Bütün xəbərlər
Peskov "Artek"-ə qarşı sanksiyalardan kəskin danışıb
Tarix: 20-07-2023 22:14 | Bölmə: Sosial


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, prezidentin sözçüsü Dmitri Peskov Böyük Britaniyanın "Artek" uşaq düşərgəsinə qarşı sanksiyalarını “dəlilik zirvəsi” adlandırıb.
Peskov hesab edir ki, britaniyalılar Krımdakı uşaq düşərgəsinə qarşı sanksiyalara görə utanmalıdırlar.
"Düzünü desəm, son vaxtlar məni heyrətə gətirən Böyük Britaniyanın "Artek"-ə qarşı sanksiyalarıdır. Bu, dəliliyin zirvəsidir!" – deyə, Kremlin nümayəndəsi bildirib.
Bundan əvvəl London Rusiya Federasiyasının 13 vətəndaşına, həmçinin “Artek” beynəlxalq düşərgəsinə qarşı sanksiya tətbiq olunduğunu elan edib.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər