00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
18 İYUL ŞƏHİD YUSİFOV MEHMAN MUSA OĞLUNUN MÖVLUD GÜNÜDÜR-Zəkiyyə Musaqızı
Tarix: 19-07-2023 23:11 | Bölmə: Sosial

Yusifov Mehman Musa oğlu 18 iyul 1979- cu ildə Tovuz rayon Bayramlı kəndində anadan olub. Ailənin altıncı övladı olan Mehman Yusifov 1985-ci ildə Tovuz rayon Bayramlı kəndində indiki Elşad Orucov adına tam orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə orta məktəbi bitirib. 1998-2000- ci illərdə Mehman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sırasında müddətli həqiqi hərbi xidməti yüksək nizam-intizamla başa vurduqdan sonra 2002- ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin " Gizirlik kursu"na daxil olub. Elə həmin vaxtdan etibarən XTQ- nin mənsubu olaraq xidmətə başlayıb. Mehman qeyri-adi bir insan, dəyərli qardaş, etibarlı dost, cəsur və qəhrəman vətənpərvər oğul idi. Vətən sevgisinin qüdsiyyəti onu yüksək amal və arzular uğurunda çalışmağa sövq edirdi. Olduqca istedadlı fədakar və qayğıkeş bir insan idi. Kimliyindən asılı olmayaraq hər kəsə əlindən gəldiyi qədər yaxşılıqlar etməyə çalışırdı. Elə buna əsasən də onu tanıyan dost-tanışlar arasında
"Dayı" ləqəbini qazanmışdı. O, əzimli və dəyanətli, olduqca çalışqan bir insan idi. Öz üzərində çalışaraq saysız-hesabsız kurslar bitirmiş, yüksək elmi biliklərə sahib olmağı bacarmışdı. Bir neçə dil bilirdi. Həmçinin mükəmməl natiq idi.
Ömrünün, həyatının demək olar ki, yarısını vətənin müdafiəsinə həsr edən Mehman Yusifov xidməti dövrü ərzində 5 medal və çoxsaylı fəxri fərmanlarla təltif olunub. O, 27 sentyabr 2020- ci ildə başlanan Vətən Müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə 5 oktyabr 2020- ci il tarixində 7 nəfər döyüş yoldaşları; Gizir Qədirov Şahin Bayram oğlu, Gizir Həsənov Faiq Hüseyn oğlu, Gizir Səmədov Mais Sadıbəy oğlu, Gizir Mütəllimov Qəzənfər Ədalət oğlu, Kiçik Gizir Rəsulov Mirbala Əmirağa oğlu, Baş Çavuş Qasımov Nayib Akif oğlu və əsgər Rəhimov Ülvi Rabil oğlu ilə birlikdə son damla qanına qədər vuruşaraq xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirən zaman şəhadətə ucalmışdır. Şəhidliyindən sonra Baş Gizir Mehman Yusifov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv olunması üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020- ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif olunub. Şəhidimiz həmçinin " Vətən uğrunda" , " Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mənim üçün iftixarlı və qürurlu bir hissdir ki, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçərək qanları bahasına Azərbaycan tarixinin şanlı səhifəsinə QƏLƏBƏ İMZASI atanlardan biri də mənim canım qardaşım Yusifov Mehman Musa oğludur. Qardaşım Yusifov Mehman Musa oğlunun simasında cəmi şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirəm. Mehman kimi ali zirvə sahibi bir qardaşın itkisi, acısı böyük olsa da, onun yaxınları və əzizləri olaraq hər birimiz İlahinin uca məqamı, müqəddəs hikməti şəhidlik zirvəsinin əbədi dirilik nurunun idrakından güc alaraq təsəlli tapırıq. Onun əziz xatirəsinə həsr etdiyim kiçik bir şeir parçasını sizlərlə bölüşmək istərdim:
Sən elə bir zirvəsən, nə əyilməz, nə sınmaz.
Sən elə bir dəryasan, nə bulanmaz, nə donmaz.
Sən elə bir dünyasan, nə qocalmaz, nə qorxmaz.
Allah, vətən haqq yolu seçən şəhid qardaşım!
Al bayraq yürüşünlə sən meraca yol aldın.
Əbədiyyət dünyası kürsüsünə ucaldın,
Ulduzlar zəvvarındır baş ucunda parladın.
Allah, vətən haqq yolu seçən şəhid qardaşım!
Göy üzünə nur saçan asimanım, ünümsən.
Qürur yerim, hünərim, cəsarətim, gücümsən.
Bu torpaqda boy atan, ən ətirli gülümsən.
Allah, vətən haqq yolu seçən şəhid qardaşım!
Qeyd edim ki, qardaşım Yusifov Mehmanın Məhəmməd, Süleyman adlı iki oğul və Fatimə adlı bir qızı bizlərə əmanət qalıb. Onların simasında bütün şəhid övladlarına gözəl gələcək diləyirəm. Hər birini əzəmətli və Uca Rəbbim qorusun. Amin!
Şərəfli ömür yolunu vətənə həsr etmiş yüksək "Qarabağ" ordenli XTQ-in Baş Giziri şəhid Yusifov Mehman Musa oğlunun adının əbədiləşərək bir məktəbə verilməsi şəhidimizin əzizləri və yaxınları olaraq dövlətimiz və millətimiz tərəfindən olan ən böyük istək və tələbimizdir. Çünki Vətən sevgisinin qüdsiyyətindən başı ərşə dayanan şəhid Yusifov Mehman Musa oğlu qüsursuz xidmətləri ilə buna layiqdir.
O, bu dünyadan 41 yaşında köç eyləyib. Bu gün həyatda olsaydı 44 yaşı tamam olardı. Yanımızda olanda hörmət əlaməti kimi kiçik bacısı olaraq əl öpməyi şərəf bilərdim. Bu günsə müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla salam və salavat göndərirəm.
Cənnətdəki Mövludun mübarək olsun şəhidim!
Canım qardaşım!
Zəkiyyə Musaqızı
Baxış sayı: 1 934
Bölməyə aid digər xəbərlər

30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi