Bütün xəbərlər
İstanbulda yaşamaq icazəsini yalnız son çarə olaraq ala bilərsiniz
Tarix: 15-07-2023 22:53 | Bölmə: Sosial


İndi İstanbulda yalnız müəyyən hallarda yaşamaq icazəsi almaq mümkün olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq niyyətindədir. Bu barədə TASS məlumat yayıb.
İstanbulda əcnəbilər üçün ilkin yaşayış icazəsinin alınması dayandırılıb. İstisna məcburi hallardır. Bunlara təhlükəsizlik, müalicə, təlim və beynəlxalq ticarət fəaliyyətlərində iştirakla bağlı hallar daxildir.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayından etibarən İstanbulun 10 rayonu əcnəbi vətəndaşların yaşayış icazəsi alması üçün bağlanıb. 2023-cü ilin martından Türkiyə Daxili İşlər Nazirliyinin qərarı 39 bələdiyyənin hamısına şamil olunmağa başlayıb. Bununla da hakimiyyət qeyri-leqal miqrasiya ilə mübarizə aparmaq niyyətindədir.
Ölkədə qeyri-qanuni kirayə və ya otel yerləşdirməyə görə də sanksiyalar var. Cəzalara pul cərimələri, lisenziyalardan məhrumetmə və hətta azadlıq daxildir.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədə 5,4 milyon əcnəbi vətəndaş olub, onlardan 1,3 milyonu İstanbulda daimi yaşayıb. Türkiyə Daxili İşlər Nazirliyinin yeni rəhbəri Əli Yerlikaya qeyri-qanuni miqrasiya probleminə son qoyacağına söz verib.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər