Bütün xəbərlər
Efiopiya “ASAN xidmət” təcrübəsini öyrənir
Tarix: 07-07-2023 10:52 | Bölmə: Sosial


6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sabaha-inamla.az-a “ASAN xidmət” mərkəzindən verilən məlumata görə, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, ölkəmizdə tətbiq olunan sosial innovasiyalar barədə ətraflı məlumat verilib.
Efiopiyanın xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaç “ASAN xidmət” konseptinin önda yüksək təəssürat yaratdığını və bu modelin öz ölkəsində tətbiqində maraqlı olduğunu bildirib.
Qonaqlar “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD” publik hüquqi şəxslə də tanış olublar.

Sabaha-inamla.az








Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər