22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
QURANSEVƏRLƏR CƏMİYYƏTİNİN YARANMASINDAN 20 İL KEÇİR-Zəkiyyə Musaqızı
Tarix: 04-07-2023 17:01 | Bölmə: Sosial

Rəhimli və mərhəmətli Allahın adı ilə!
Müqəddəs Qurani- Kərim ecazkar gözəlliyə malik olan Allah kəlamıdır. Məhz bu səbəbdəndir ki, Quran oxunduğu və yaxud dinlənildiyi zaman Allah kəlamının əzəmət və qüdrəti insanın ruhunu, düşüncə və mənəviyyatını paklaşdıraraq sonsuz göylərə doğru ülvi bir aləmə çəkib aparır. Uca Allahın bəşəriyyət üçün hidayət çırağı olaraq göndərdiyi müqəddəs kitabımızın olduğu kimi qorunub saxlanılaraq nəsildən- nəsilə ötürülməsi, Peyğəmbərimız Məhəmməd ( s)- ın mühüm məsuliyyətli və ağır vəsiyyətini yerinə yetirmək QURANSEVƏRLƏR CƏMİYYƏTİNİN vacib əməllərindən biridir. Buna əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qurani- Kərim Hafizilərinin yetişməsi və gözəl avazla Quran oxunması üçün saysız- hesabsız silsilə layihələr həyata keçirilir.
Düzgün və qüsursuz şəkildə Quran oxunması üçün kamil və İrfan Quran ustadlarımız əlindən gəldiyi qədər savablı işlərə vəsilə olmağa çalışmışdır. Məhz bu səbəbdən də Həzrəti Məhəmməd ( s) -ın iki mühüm və ağır məsuliyyətli vəsiyyətinə; Əhli - beyt və düzgün Quran oxuma əməlinə sadiq qalaraq kamil ziya sahibləri Quran qariləri yetişdirilməsi üçün 1 iyul 2003 - cü il tarixində dəyərli ziyalımız Hacı Tərlan Haqverdiyev tərəfindən QURANSEVƏRLƏR CƏMİYYƏTİ yaradılmışdır. QURANSEVƏRLƏR CƏMİYYƏTİ Beynəlxalq Quran Ustadlarımız ;
Hacı Ruslan Qasımov, Hacı İlkin Həsənzadə, Seyyid Əli Mirəliyev, Hüseyn Əhmədov, Sadiq Ramizoğlu, Müslüm Qəhrəmanov, Anar Məmmədov və b. rəhbərliyi ilə fəaliyyət göstərmişdir. Sevindirici haldır ki, 20 il əvvəli vərəqlədiyimiz zaman elm İrfan sahibi Quran Ustadlarımızdan dərs alan tələbələrimizin özləri artıq kamil ustad adları qazanaraq yeni tələbələr yetişdirir. Onlardan Vüsal Şamilzadə, Rəşad Nurullayev, Afiq Məmmədtağıyev, Fazil Qarayev, İbrahim Salayev, Vüsal Salayev, Tural Qasımov və b. adını çəkmək olar.
Bəli 1 iyul 2023- cü il tarixində QURANSEVƏRLƏR CƏMİYYƏTİNİN yaranmasından 20 il ötür. Fərəhləndirici və qürur verici bir hissdir ki, Azərbaycan Respublikasının elm İrfan sahibi olan Ustad və qarilərimiz Beynəlxalq dünya səviyyəsində keçirilən dini festivallarda qüsursuz çıxışları ləyn və məlahətli səsləri ilə öz sözlərini deyərək uğur və nailiyyətləriylə dünyamızı iman günəşinin ziyasıyla münəvvər edərək sevinc nuru bəxş edib üçrəngli bayrağımızı zirvələrdə dalğalandırıblar. Quran kitabı səmavi kitabların sonuncusu, İlahi bir kəlamlar toplusu olduğu üçün onun üslubu da İlahi bir üslubdur. İlahi üslub, qayda və əməlləri qoruyub saxlayaraq ömrünü və həyatını müqəddəs Qurana həsr edən bütün ustad və qarilərimizə Allahdan can sağlığı, gözəl, mənalı və xoş günlər diləyirəm. Allah hər birinin ömrünə və elminə bərəkət versin. Amin!
Müqəddəs Quran uca Allahın əsrlər boyu, dünya var olduqca, araşdırılıb öyrənildikcə bitib tükənməyən sirrili və müəmmalı görünən, möcüzələr xəzinəsi elmi tədqiqatlar, inqilabi kəşflər baş verdikcə yenidən intəhasızlıqlar kəsb edən sonuncu səmavi bir kitabdır. Allahın əzəli və əbədi varlıq olduğunu tərənnüm edən 114 surə, 6236 ayə və 30 cüzdən ibarət olan İlahi bir kitab müqəddəs bir himnidir. Əzəmətli və Uca Rəbbim hər zaman dünyamızı müqəddəs Quran sədasıyla rövnəqləndirərək münəvvər etsin və bizləri cənnət dünyasının sakininə çevirsin. İlahi hər zaman Quran oxuyan gözlərə nur, dinləyən könüllərə hüzur və rahatlıq bəxş etsin. Ömrümüzdən və həyatımızdan müqəddəs Quran sədasının gözəlliyi və İlahi hikmət payı heç bir zaman əskik olmasın.Amin. İNŞALLAH!
QURAN SƏDASI
Allah eşqli tövhid dinin İrfanı,
Sağı, solu mələklərdi hər yanı,
Əməliylə ön cərgədə duranı,
İlahinin qüdrəti var o səsdə.
Cəbrayılın yerə enmə məqamı,
Möcüzədir hər bir nitqi, kəlamı,
Pak səmavi kitabların sultanı,
İlahinin qüdrəti var o səsdə.
Bir anlığa quşlar qanad saxlayar,
Göy üzünün qapıları açılar,
Dünya, aləm imanıyla nurlanar,
İlahinin qüdrəti var o səsdə.
Bir anlığa ağaclar da baş əyər,
Yerdən - göyə eşq sədası yüksələr,
Təbiəti behişt ətri bürüyər,
İlahinin qüdrəti var o səsdə.
Məhəmmədə müjdə verər o, kəslər,
Əhli-beyt sədaqətin gözləyər,
Gündə beş kəs ehramına düzülər,
İlahinin qüdrəti var o səsdə.
Kəlamı haqq, səsi Quran sədası,
Alilikdi, insanlıqdı ədası,
Cümlə aləm yaranmışın mənası,
İlahinin qüdrəti var o səsdə.
Saf çeşmədi hey qaynayıb çağlayan,
Parlaq ziya, nur içində nur olan,
Aləmləri şər - fitvadan qoruyan,
İlahinin qüdrəti var o səsdə.
Şəhadətdi, İqamədi, Azandı,
Lövhi- məfhuz varağını yazandı,
Məni məndən özlüyümdən alandı,
İlahinin qüdrəti var o səsdə.
Gecə-gündüz sehirinin açarı,
Zülmət - nurun fəzilətlər ilqarı,
Şərqin- qərbin, ünsürlərin açarı,
İlahinin qüdrəti var o səsdə.
Qızılgülə ətir verən nəfəsdir,
Ürəklərə sevgi səpən bir səsdir,
Arzulara çatmağıma o bəsdir,
İlahinin qüdrəti var o səsdə.
Həm anladan,düşündürən, duyduran,
Ol! Əmriylə könülləri doyduran,
Yeri-göyü, asimanı mat qoyan,
İlahinin qüdrəti var o səsdə.
Yaradanın bir lütfüdür ümmətə,
Layiq bilib bizi uca nemətə,
Hər bir haqqa, ehtirama, hörmətə,
İlahinin qüdrəti var o səsdə.
Gözlərində cənnəti gör vəsf eylə,
Təmiz eşqi, məhəbbəti kəşf eylə,
Niyyəti pak ülviyyətdir bax, söylə,
İlahinin qüdrəti var o səsdə.
Bir dəryadı sahilləri görünməz,
Dür incidir, gövhər - kanı tükənməz,
Hidayətdi, ədalətdi yenilməz,
İlahinin qüdrəti var o səsdə.
Zəkiyyəyəm, Bismillahdı köməyim,
Ustadlarım güc qaynağım gərəyim,
Bir qüsursuz qiraətdi diləyim,
İlahinin qüdrəti var o səsdə.
Allah dünyamızı müqəddəs Quran xatirinə bəlalardan hifz etsin. Hər zaman sülh və əmin-amanlıq hökm sürsün. QURANSEVƏRLƏR CƏMİYYƏTİNİN hər bir üzvünü bu mübarək gün münasibətilə səmimi qəlbdən təbrik edirəm.Allah savabınızı tükənməz, məqamınızı daima uca etsin əzizlərim. Bu müqəddəs şərəfli və məsuliyyətli yolda uğur sancağı ulu Tanrıdan ən ali mükafatınız olsun.
Rəbbim bütün ustad və qarilərimizi Qurandan və Əhli-beyt- beyt əhlindən ayrı salmasın. Amin!
Zəkiyyə Musaqızı

Baxış sayı: 1 270
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi