Bütün xəbərlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri buraxılış işlərini müdafiə edib
Tarix: 27-06-2023 09:47 | Bölmə: Sosial

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə qurumun inzibati binasında 19-23 iyun tarixlərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilmişdir.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Qeyd olunub ki, təqdim edilmiş buraxılış işlərinin əksəriyyəti yüksək qiymətləndirilmiş və tələbələrin müdafiəsi müvəffəqiyyətlə başa çatmışdır.
Müdafiə prosesində Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri, Baş prokuror, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevlə yanaşı, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, komissiyanın sədr müavini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, kafedra müdirləri və Hüquq klinikasının rəhbəri iştirak edib.
Buraxılış işlərini müdafiə etmiş tələbələri təbrik edir, onlara uğurlar arzulayırıq!

Sabaha-inamla.az















Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər