Bütün xəbərlər
Rusiyada bütün ibtidai sinif şagirdləri isti pulsuz yeməklə təmin olunacaqlar
Tarix: 20-06-2023 19:15 | Bölmə: Sosial


2023-cü il sentyabrın 1-dən Rusiyada dövlət və bələdiyyə məktəblərində bütün ibtidai sinif şagirdləri federal büdcə hesabına pulsuz isti yeməklə təmin olunacaqlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikova vurğulayıb ki, 7,5 milyon şagirdin yeməkləri təkcə isti deyil, həm də dadlı, sağlam və müxtəlif olmalıdır.
Eyni zamanda, Rusiya baş nazirinin müavini həm Təhsil Nazirliyini, həm də regional hakimiyyət orqanlarını valideynlərin qida və onun çeşidi ilə bağlı şikayətlərinə diqqətli olmağa və onlara operativ reaksiya verməyə çağırıb. O, vurğuladı ki, bütün maraqlı xidmət və şöbələrin sahə üzrə aydın qarşılıqlı fəaliyyəti, eləcə də vəziyyətin sistemli monitorinqi olmadan yaxşı nəticələr əldə etmək mümkün deyil.
Tatyana Qolikovanın katibliyi əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə 2020-ci il sentyabrın 1-dən ibtidai sinif şagirdləri üçün pulsuz isti yeməklərin təşkili üzrə iş aparılır.



Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər