00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
“AYNA-nın həyata keçirdiyi yeniliklərə dəstək olacağıq” - Faiq Seyidov
Tarix: 19-06-2023 11:31 | Bölmə: Sosial
20 ildir Bakı şəhərində sərnişindaşıma xidməti göstərən və paytaxtın ən böyük özəl daşıyıcı şirkəti olan “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov son günlər Bakıda taksi və ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin təsisçisi və baş direktoru Faiq Seyidov son illərdə ictimai nəqliyyatın işinin daha da çətinləşdiyini və bu səbəbdən əhalinin böyük hissəsinin avtobusla daşınmadan imtina etdiyini deyib:
“Bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev çıxışı zamanı ictimai nəqliyyatın əhali üçün maraqsız olması barədə fikirlər səsləndirdi. Bu fikirlər hazırda yaranmış vəziyyəti tam əks etdirir. Geridə qalan illərdə ictimai nəqliyyat sahəsində lazımi tənzimləyici tədbirlərin icra edilməməsi, infrastrukturun qurulmaması, sektorun inkişafına hər hansı dəstəyin verilməməsi hazırkı durumun yaranmasına səbəb olub”.
Faiq Seyidov şəhər nəqliyyatında həyata keçirilməsi planlaşdırılan bir sıra yeniliklərin ictimai nəqliyyatın fəaliyyəti üçün vacib olduğunu deyib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mövcud problemlərin tədricən aradan qaldırılması üçün üzərinə həyati əhəmiyyətli vəzifələr götürüb. Hazırda Bakı şəhərinin bir sıra yollarında, xüsusilə şəhərin giriş və çıxış hissələrində avtobus zolaqlarının çəkilməsi müzakirə edilir. Bu məsələ uzun illərdir gündəmdə olsa da, tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, təəssüf ki, bu günədək təsirli mexanizmlər tətbiq edilməyib.
Şəhər nəqliyyatına yeni baxış prinsiplərinin həyata keçirilməsi ilə izolyasiyalı və ya effektiv nəzarət mexanizmlərinin tətbiq edildiyi avtobus zolaqlarının yaradılması paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, avtobusların dövriyyəsinin və daşıma sürətinin artması baxımından çox faydalı olacaq. ABŞ-nin “Cummins Motors” şirkəti ilə birgə apardığımız təhlillərin nəticəsinə görə hazırda Bakıda avtobusların orta hərəkət sürəti saatda 24 kilometrdir, hətta şəhərin mərkəzi hissələrində bu rəqəm daha da aşağı həddə düşür. Əgər zolaqlarn tətbiqi baş tutarsa, orta sürət həddi müəyyən nisbətdə artacaq. Bu da mövcud avtobuslarla daha artıq sərnişini daşımaq imkanımızın yaranması deməkdir və insanların ictimai nəqliyyata inamının bərpasına gətirib çıxaracaq.
Eyni zamanda uzun illərdir sürətin həddindən artıq aşağı olması amortizasiya xərclərimizin iki dəfə artmasına, eyni zamanda paytaxtda səs və hava kirliliyinin daha da çoxalmasına səbəb olur”.

Şirkət rəhbəri Bakı şəhərində mobilliyin təmin edilməsi istiqamətində xeyli görüləcək işlərin olduğunu deyib: “Hazırda taksi xidmətinin mövcud vəziyyəti ilə bağlı geniş müzakirələr aparılır. Son illərdə bu sahədə yol verilmiş ciddi boşluqlarn nəticəsi göz önündədir. Əlbəttə, hər kəsin daha az xərc çəkərək daha komfortlu səfər etmək istəyi var, bu, normal və kifayət qədər məntiqlidir. Lakin taksilərlə, motosikletlərlə, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən digər nəqliyyat vasitələri ilə içərisində 80-90 nəfər olan avtobus niyə eyni vaxtda tıxacda qalmalıdır? Belə olan halda insanlar təbii olaraq ictimai nəqliyyatdan imtina edir, şəxsi minik vasitələrinə yönəlir və şəhərimizdə daha acınacaqlı vəziyyət yaranır.
Təəssüf ki, tıxacların günbəgün artması ekoloji vəziyyətin pisləşməsinə, cəmiyyətdə xroniki stresə gətirib çıxarır. Bütün bunlar bir daha göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də ictimai nəqliyyat prioritet olmalıdır. İnsanlar daha az ödəniş etməklə daha qısa vaxtda və daha komfortlu səfər etmək imkanına sahib olmalıdır ki, biz də müasir avtobuslarımızla bunu təmin etməyə hazırıq”.
Faiq Seyidov əlavə edib ki, son 5 il ərzində tamamilə nəzarətsiz qalmış taksi fəaliyyəti rəhbərlik etdiyi şirkətə böyük ziyan vurub: “Hər kəsin də gördüyü kimi, bir çox taksilər ictimai nəqliyyatın hərəkətinə qəsdən və ya şüursuz şəkildə böyük çətinliklər yaradır. Avtobus dayanacaqlarının zəbt edilməsi, süni tıxacların yaradılması, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsi ilə yanaşı sığortasız fəaliyyət göstərən taksilərin törətdiyi qəzalar da bizə problemlər yaradır. Təkcə 2022-ci il ərzində taksilər tərəfindən avtobuslarımıza qarşı 182 hadisə törədilmişdir ki, bu avtomobillərin də əksəriyyətinin sığortasız olması müəyyən edilmişdir”.
Avtobus zolaqlarının vacibliyi, taksi fəaliyyətinə nəzarətin artırılması kimi məsələlərin əhəmiyyətinə toxunan “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri geridə qalan illər ərzində şirkət olaraq avtobus parkını böyük ölçüdə yenilədiklərini deyib: “Son illər ərzində avtobus parkımızı 80 faizdən çox yeniləmişik, müasir Avro-5 və Avro-6 standartlarına cavab verən avtobusları sərnişinlərimizin istifadəsinə vermişik. Düşünürəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə yaxın vaxtlarda ictimai nəqliyyatla bağlı əhəmiyyətli yeniliklər baş verəcəkdir.
Hesablamalarımıza görə avtobus zolaqlarının istifadəyə verilməsi və digər tənzimləyici tədbirlər itirdiyimiz 40 faizədək sərnişinin geri qayıtmasına, avtobusların səfər dövriyyəsinin artmasına, intervalların təbii olaraq azalmasına gətirib çıxaracaq və vətəndaş məmnuniyyətini xeyli artıracaq. Paralel olaraq operator şirkətlərə dəstək tədbirlərinin həyata keçirilməsi, 2023-cü il 1 fevralından dayandırılan yanacaq subsidiyasının verilməsinin bərpası, uzun illərdir daşıyıcı şirkətlərə verilməyən uzunmüddətli müqavilələrin təqdim edilməsi təmsil etdiyimiz sektorun dirçəlməsinə və şəhərimizin lokomotiv gücünə çevrilməsinə gətirib çıxaracaq.
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri AYNA-ya üzərinə götürdüyü məsuliyyətlərin icrasında dəstək verəcəklərini vurğulayb: “Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb.
Bütün bu çətinliklərdən keçmiş bir şirkətin rəhbəri olaraq hazırda AYNA-nın gördüyü işləri, sektorda sağlamlaşmanın həyata keçirilməsi bizdə böyük ümid və stimul yaradır. İnanırıq ki, AYNA-nın başlatdığı bu prosesdə bizim və özəl sektorun böyük dəstəyi olacaq. Hazırda AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçiririk. Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan "OTOKAR" markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq. İnanırıq ki, bu kimi mütərəqqi ideyalar qısa vaxtda həyata keçəcək və nəqliyyat şəbəkəsinin inkişafına dəstək olacaq".
Faiq Seyidov bildirib ki, ölkədə qeydə alınan iqtisadi göstəricilər Cənab Prezident İlham Əliyevin təyin etdiyi iqtisadi siyasət xəttinin məntiqi nəticəsidir: “Ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmində özəl sektorun payının artması ölkə iqtisadiyyatındakı şaxələnməni və bu tendensiyanın dərinləşməsini təmin edir.
“Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl şirkət olaraq daim dövlətimizin və Cənab Prezident İlham Əliyevin özəl sektora verdiyi əhəmiyyəti, diqqəti hiss edib. Şirkət bundan sonrakı dövrdə də dövlət rəhbərliyinin etimadını doğrultmaq üçün əlindən gələni edəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələrdə yaxından iştirak edəcək. Dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı bizim üçün qürur mənbəyidir. Bizim təminatımız dövlətimiz və onun sahibkarlara verdiyi dəstəkdir”.
Baxış sayı: 370
Bölməyə aid digər xəbərlər

1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi