Bütün xəbərlər
Şəhid Nayib Qasımov doğum günündə yad edildi
Tarix: 13-06-2023 21:56 | Bölmə: Sosial


Qasımov Nayib Akif oğlu 1997–ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda və 2020-ci ilin Tovuz döyüşlərində iştirak edib. Aprel döyüşlərində göstərdiyi rəşadətə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub. 2020-ci il sentyabrın 27- də Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi həmişə öndə olub. Göstərdiyi şucaətə  görə döyüş səngərində baş çavuş rütbəsinə layiq görülüb. Oktyabrın 5-də Cəbrayıl rayonunun bir neçə kəndinin mənfur düşmənlərdən təmizlənməsində igidlik göstərib. Şəhid yoldaşlarının nəşini döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarasından şəhid olub. Oktyabrın 6-da  nəşi doğulub boya-başa çatdığı Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nayib Qasımov ölümündən sonra “Azərbaycan bayrağı”, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" orden və medalları ilə təltif edilmişdir. Şəhidin doğum günundə Sosial Xidmətlər Agentliyinin Lənkəran–Astara regional filialının müdiri, YAP Lənkəran rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hüccətov və 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev iştirak etdilər.
Sabaha-inamla.az





Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər