Bütün xəbərlər
Kipr Təhsil Nazirliyi məktəb proqramından Ukrayna ilə bağlı mətni çıxaracaq
Tarix: 01-06-2023 21:51 | Bölmə: Sosial


Ukrayna ilə bağlı münaqişəyə istinadlar olan mətn Kiprdə məktəb imtahan proqramından çıxarılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı adanın Təhsil, Mədəniyyət, İdman və Gənclər Nazirliyi qəbul edib.
Departamentin daimi katibi Neofitos Papadopulos TASS ilə söhbətində qeyd edib ki, Ukrayna ilə bağlı mətn Kiprdə dövlət məktəblərində təhsil alan uşaqların, eləcə də onların valideynlərinin hisslərinə təsir etdiyi üçün istifadə edilməyəcək.
Rusdilli uşaqların valideynləri diqqəti yunan dili imtahanında özəl və dövlət məktəblərində orta məktəb şagirdlərindən ikimənalı sözlər olan mətni təhlil etmələrinin tələb olunmasına yönəldiblər. Məsələn, materialda Rusiyanın guya Ukraynada hakimiyyəti devirməyə və ərazisinin böyük hissəsini ələ keçirməyə çalışmasından bəhs edilirdi.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər