Bütün xəbərlər
Emin Əmrullayev Gürcüstanda səfərdədir
Tarix: 18-05-2023 21:15 | Bölmə: Sosial

                        emin-emrullayev-gurcustanda-seferdedir




Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.
Daha sonra Emin Əmrullayev ilə Giorgi Amilaxvari arasında görüş keçirilib. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edib. 
Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti  və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib. 
Görüşün sonunda ADA Universiteti ilə ayrı-ayrılıqda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib.








Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər